"Qarabağ"dan ayrıldı, "Milan" istəyir

11 Yanvar 2020 19:45 Qarabağ 1 246
"Qarabağ"dan ayrıldı, "Milan" istəyir

"Qarabağ"la icarəsi başa çatan və klubu "Bornmut"a geri qayıdan Asmir Beqoviç karyerasının İtaliya nəhəngi "Milan"da davam etdirə bilər.

Sportinfo.az-ın "MilanNews"a istinadən verdiyi məlumata görə, İngiltərə klubunun bosniya və herseqovinalı qapıçısı Canluici Donnarummanın əvəzedicisi kimi gözdən keçirilir.

İddia olunur ki, 33 yaşlı oyunçu "Aston Villa"ya yollanan Pepe Reynanın yerinə alınacaq. "Qırmızı-qaralar"a ikinci qapıçı kimi Co Hart və Lukaş Fabianski də namizəd olduğu halda, Beqoviçə üstünlük verilib.

Asmir Beqoviç "Qarabağ"da mövsümün ilk yarısında forma geyinib. Onun "Bornmut"la müqaviləsi 2021-ci ilin iyununa qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti