Abdulbari Gözəl: "Onların adlarını Qurban Qurbanov bilir"

11 Yanvar 2020 15:45 Qarabağ 1 109
Abdulbari Gözəl: "Onların adlarını Qurban Qurbanov bilir"

“Qurban Qurbanovla danışdıq. Baş məşqçimiz bəzi transferlər etməyi planlaşdırır. Biz də ona dəstək oluruq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında "Azərsun Holding" MMC-nin İdarə Heyətinin sədri və "Qarabağ"ın prezidenti Abdulbari Gözəl deyib.

A.Gözəlin sözlərinə görə, hazırda klub yaxşı futbolçu axarışındadır: “İndi onların adlarını mən yox, o bilir. Çünki onun sahəsidir. İndi hətta “Arsenal" kimi klub da futbolçu tapmaqda çətinlik çəkir. Yaxşı futbolçu tapmaq elə də asan deyil. Amma onlar həmin camiədədir və bu məsələyə baxırlar”.

Qeyd edək ki, "Qarabağ" qış fasiləsində qapıçı Asmir Beqoviç, eləcə də yarımmüdafiəçi Simeon Slavçev və Riçard Almeyda ilə yollarını ayırıb. Əvəzində "Sumqayıt"da icarədə olan qapıçı Nicat Mehbalıyev geri qaytarılıb.

Digər Xəbərlər
Xəbər Lenti