Zaur Axundov "Keşlə"də baş məşqçi dəyişikliyini anons etdi

10 Yanvar 2020 16:22 Qarabağ 1 911
Zaur Axundov "Keşlə"də baş məşqçi dəyişikliyini anons etdi

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov danışılmış oyunların araşdırılmasıyla bağlı açılan cinayət işinin hesabatını gözləyir.

Sportinfo.az-ın məlumatına gjörə, o, bununla əlaqədar Tərlan Əhmədova xəbərdarlıq edib.

MŞ sədri adının şübhəli şəxs qismində ifadələrdə hallanacağı təqdirdə, onunla yollarını ayıracaqlarını baş məşqçidən gizlətməyib.

Buna isə ciddi əsas var. AFFA yaxınlarda Əhmədovun iki ən yaxın adamını - köməkçisi Mehman Babayevlə inzibatçı Asəf Səfərovu futbol sferasından uzaqlaşdırıb. Hər iki şəxs I Divizionu çalxalayan "alver" hadisələrinə görə istintaqa cəlb olunub.

Zaur Axundov bugünlərdə mətbuata verdiyi açıqlamada bildirib ki, "Keşlə"nin qış transfer bazarlığında qeyri-fəallığı maliyyə ilə bağlı deyil. O, düz danışıb.

Paytaxt klubunun büdcəsi imkan verir ki, aylıq maaşı 10-15 min manat civarında olan bir neçə legioner alsın. Bu prosesin ləng getməsi birbaşa məlum araşdırmalardan qaynaqlanır. Axundov nəticələrlə tanış olmadan Əhmədovun üzərində dayandığı futbolçuları almağa tələsmir.

Digər Xəbərlər
Xəbər Lenti