"Həyat yoldaşım və qızım Azərbaycanı çox sevir" - VAQNER

9 Yanvar 2020 10:35 Qarabağ 1 340
"Həyat yoldaşım və qızım Azərbaycanı çox sevir" - VAQNER

"Qarabağ"ın qapıçısı Vaqner da Silva Braziliya mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan haqqında xoş sözlər işlədən 34 yaşlı qolkiper ölkəmizə uyğunlaşmağın çətin olmadığını deyib.

İlyarımdır Ağdam klubunun düşərgəsində olan Da Silva "Qarabağ"ı çox sevdiyini bildirib: "Beynimdə hər zaman belə bir fikir olur ki, öz mədəniyyətimi dəyişə bilmərəm, amma yerli adət-ənənələrə uyğunlaşaram. Həyat yoldaşım və qızım Azərbaycanı çox sevir. Çox yaxşı təşkilatlanmış klubda çıxış edirəm. İnsanlar düzgündü və fantastik heyəti var".

Cənubi amerikalı futbolçu Bakı barədə heyranlıqla danışıb: "Paytaxt Bakı çox gözəl şəhərdir. Ölkəni az adam tanıyır, amma dünyanın ən təhlükəsiz yerlərindən biridir. Azərbaycana gələn hər bir xarici vətəndaş özünü çox yaxşı hiss edir. Müsəlman ölkəsi olmasına baxmayaraq, başqa yerlərdəki kimi sərt deyillər".

Vaqner da Silva "Qarabağ"dakı debütünü də yada salıb: "Qarabağ" karyerama böyük sürprizlə başladım. Gəldim və artıq dörd gün sonra Çempionlar Liqasının ilkin mərhələsində debüt etdim. Praktiki baxımdan məlumatsız olduğum üçün bu, karyeramın ən diqqətəlayiq işlərindən biri idi. Sponsorum istənilən halda Azərbaycana göndərəcəkdi. Köhnə əlcək və köhnə buts var idi, oyun günü yağış yağırdı və biz qalib gəldik, üstəlik, qol da buraxmadım".

Cari mövsüm Asmir Beqoviçin gəlişindən sonra əsas heyətdən sıxışdırılan braziliyalının "Qarabağ"la anlaşması mövsümün sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti