Beqoviç "Qarabağ"da davam edəcək? - "Vest Hem"ə "yox" dedilər

8 Yanvar 2020 11:18 Qarabağ 844
Beqoviç "Qarabağ"da davam edəcək? -

İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"un qapıçısı Asmir Beqoviç mövsümün qalan hissəsini də "Qarabağ"da keçirə bilər.

Sportinfo.az xəbər verir ki, Britaniya təmsilçisi bosniyalı qolkiper üçün ingilis klublarının göndərdikləri təklifləri rədd edib.

Britaniya mətbuatı Ağdam klubu ilə 4 aylıq icarəsi başa çatmış Asmirin mövsümün ikinci dövrəsini də Azərbaycanda olacağını iddia edib. Onunla İngiltərədə xüsusən "Vest Hem" yaxından maraqlanırdı. Lakin ölkə çempionatında düşmə zonasında olan "Bornmut" bu mübarizədə əsas rəqiblərindən sayılan "çəkicdöyənlər" təklifini müsbət cavablandırmayıb.

Klub rəqibinin güclənməyini istəmədiyi üçün bu addımı atıb.

Digər Xəbərlər
Xəbər Lenti