Qurban Qurbanov hamını bir yerə yığdı və… - FOTOLAR

8 Yanvar 2020 09:15 Qarabağ 839
Qurban Qurbanov hamını bir yerə yığdı və… - FOTOLAR

Premyer Liqanın lideri “Qarabağ”da istirahət başa çatıb.

Sportinfo.az xəbər verir ki, ağdamlılar klubun bazasında bir araya gələrək, mövsümün ikinci yarısının hazırlığına start verib.

Komanda ayın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək. Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında ağdamlılar 4 yoxlama oyunu keçirəcək.

Ölkə çempionu yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, 22-də Qazaxıstanın "Jetisu", 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti