Türkiyə klubu qapıçısını "Qarabağ"a satmalı olmadı

6 Yanvar 2020 22:30 Qarabağ 1 373
Türkiyə klubu qapıçısını "Qarabağ"a satmalı olmadı

«Qarabağ» İbrahim Şehiçlə apardığı danışıqları bu gün dayandırıb.

Sportinfo.az-ın məlumatına görə, «Ərzurumspor» bosniyalı qapıçını buraxmaqdan imtina edib.

Türkiyənin I Liqa klubu bugünlərdə ailə həyatı quran kiperi ən azı mövsümün sonunadək düşərgəsində saxlayacağını qətiləşdirib.

Şehiç sentyabrda da «Qarabağ»a qayıtmaq fürsətini qaçırmışdı. Yenə də «Ərzurumspor»un icazə verməməsi səbəbindən. Anadolular həmin vaxt 350 min dollar təzminat istədiyindən, Ağdam təmsilçisi Asmir Beqoviçlə anlaşmışdı.

Digər Xəbərlər
Xəbər Lenti