"Qarabağ" başlayır

6 Yanvar 2020 19:50 Qarabağ 790
"Qarabağ" başlayır

Premyer Liqanın lideri “Qarabağ”da istirahət bu gün başa çatır.

Sportinfo.az xəbər verir ki, ağdamlılar sabah klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlığına start verəcək. Komanda ayın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında ağdamlılar 4 yoxlama oyunu keçirəcək. Ölkə çempionu yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, 22-də Qazaxıstanın "Jetisu", 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!