“Qarabağ” ona görə yeni təklif alıbmı?

5 Yanvar 2020 19:00 Qarabağ 1 770
“Qarabağ” ona görə yeni təklif alıbmı?

Xayme Romeronun “Qarabağ”dan ayrılmağa hazırlaşması barədə yayılan xəbərlər əsassızdır.

Bu barədə Sportinfo.az-a Ağdam klubundan məlumat verilib.

Bildirilib ki, ispaniyalı vingerin onlarla hələ 2,5 illik müqaviləsi qüvvədədir və hər iki tərəf əməkdaşlıqdan razıdır. Məlumatda o da qeyd olunub ki, 30 yaşlı legjionerin "Astana"nın maraq dairəsinə düşməsindən xəbərsizdilər.

Çünki nə yarımmüdafiəçi özü, nə də Qazaxıstan komandası onları bu barədə məlumatlandırıb. Başqa sözlə, Romero üçün "Qarabağ"a heç bir rəsmi təklif gəlməyib.

"Real"ın yetirməsi Azərbaycan klubuna ötən ilin yayında "Kordoba"dan keçib. Sequnda təmsilçisi onu 2017-ci ildə 500 min avroya "Osasuna"dan transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"