Prosineçki bu şəxsi "Qarabağ"dan "oğurladı"

5 Yanvar 2020 09:30 Qarabağ 2 768
Prosineçki bu şəxsi "Qarabağ"dan "oğurladı"

Bugünlərdə «Kayserispor»un baş məşqçisi təyin olunan Robert Prositneçki Azərbaycandan tanıdığı şəxsi özüylə aparıb.

Sportinfo.az-ın məlumatına görə, bu, Radişa Milosavljeviçdir.

Bosniya və Herseqovina yığmasından ayrılandan sonra Azərbaycana qayıtmayan və Türkiyəyə yollanan xorvatiyalı mütəxəssis «Qarabağ»ın fizioterapevtini yeni iş yerinə dəvət edib.

2014-cü ildən Ağdam klubunda çalışan Milosavljeviç bu təklifi müsbət cavablandırıb və gedib.

Serbiyalı Azərbaycandakı fəaliyyətinə 2012-cü ildən başlayıb. O, Bojidar Bandoviçin vaxtında «Bakı»da çalışıb. Prosineçki ilə şəxsi tanışlığı 2015-ci ilə təsadüf edib. Xorvatiyalı yığmanın sükanı arxasına keçəndən sonra onun xidmətinə ehtiyac duyub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu