"Sevilya" təsdiqlədi: "Mahir Emreli ilə maraqlanırdıq"

4 Yanvar 2020 14:38 Qarabağ 1 948
"Sevilya" təsdiqlədi: "Mahir Emreli ilə maraqlanırdıq"

"Sevilya"nın idman direktoru Ramon Monçi "Qarabağ"ın hücumçusu Mahir Emreli ilə maraqlandıqlarını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi ispan radiolarından birinin efirində millimizin üzvünə təklif göndərdiklərini bildirib. O, 22 yaşlı forvardın La Liqa klubuna keçmək istəməməsinin səbəbini də açıqlayıb:

"Mahir Emrelini yaxından izləyirdik. Biz onu ikinci komandaya götürmək istəyirdik. Mahirin əvəzedici heyətdəki çıxışına əsasən onun necə inkişaf etdiyini görəcəkdik. Amma danışıqlar fayda vermədi və futbolçu komandasını tərk etmək istəmədi. Azərbaycan klubunun Avropa Liqasında qrupa düşməsi futbolçunu komandada qalmağa vadar etdi".

Qeyd edək ki, "Sevilya"nın Mahirə rəsmi təklif göndərməsini ilk dəfə Sportinfo.az yazmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi