"Görək, Beqoviçlə bağlı növbəti addım necə olacaq"

4 Yanvar 2020 13:33 Qarabağ 1 045
"Görək, Beqoviçlə bağlı növbəti addım necə olacaq"

İcarə müqaviləsi başa çatdığı üçün qış fasiləsində "Qarabağ"dan ayrılan Asmir Beqoviçin "Bornmut"dakı taleyi sual atlındadır.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Eddi Hou Britaniya mətbuatına açıqlamasında məlumat verib. İngiltərəli mütəxəssis 32 yaşlı qolkiperin hələ istirahətdən qayıtmadığını bildirib:

"Beqoviç hələ ki, dincəlir. Hesab edirəm ki, yaxın günlərdə düşərgəyə qayıdacaq. Hələlik gözləyirik. Görək, Asmirlə bağlı növbəti addım necə olacaq".

Mövsümün ilk hissəsini icarə əsasında "Qarabağ"da keçirən bosniya və herseqovinalı qapıçı ilə İngiltərənin "Vest Hem", "Derbi" və "Birmingem" klubları yaxından maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"