Riçard Almeydanın "Qarabağ"dan ayrılacağı dəqiqləşdi - SON DƏQİQƏ

3 Yanvar 2020 20:46 Qarabağ 2 399
Riçard Almeydanın "Qarabağ"dan ayrılacağı dəqiqləşdi - SON DƏQİQƏ

Riçard Almeydanın "Qarabağ"dakı taleyinə aydınlıq gəlib. Sportinfo.az-ın əldə etdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçinin Ağdam klubunda qalmayacağı dəqiqləşib.

30 yaşlı futbolçu ilə müqavilə müddəti və maliyyə şərtlərində razılığa gələ bilməyən Azərbaycan çempionu onunla yolları ayırıb.

"Qarabağ"dan 3 illik müqavilə və illik 700 min dollar məvacib tələb edən Almeyda güzəştə getmək istəmədiyindən, klub "sambaçı"ya "yaxşı yol" deyib.

Almeyda 2012-ci ildən "Qarabağ"ın formasını geyinirdi. 2018-ci ilin yayında "Astana"ya keçən futbolçu cəmi 6 ay sonra Ağdam klubuna qayıtmışdı. İndi isə ona ərəb ölkələrindən bir neçə təklif var. Konkret desək, Bəhreyn, Küveyt, Qətər və Dubaydan.

Digər Xəbərlər
Xəbər Lenti