Dünya ulduzu "Qarabağ"ın qapısından geri qayıtdı – 2 ŞƏRTƏ GÖRƏ

2 Yanvar 2020 21:00 Qarabağ 3 755
Dünya ulduzu "Qarabağ"ın qapısından geri qayıtdı – 2 ŞƏRTƏ GÖRƏ

Bir ay öncə "Kayserispor"dan ayrılan Emmanuel Adebayor "Qarabağ"a təklif olunub.

Toqolu hücumçu sərbəst agent statusuna malikdir. Super Liqa klubu onun 3 aylıq maaşını ödəmədiyindən, müqaviləni birtərəfli qaydada pozub.

Sportinfo.az-ın məlumatına görə, ağdamlıların baş məşqçisi Qurban Qurbanov əvvəlcə afrikalı ulduzun personasına maraq göstərib. Lakin 35 yaşlı Adebayorın 2 illik kontrakt və 600 min avronun üstündə əməkhaqqı tələb etməsi transferi arxa plana atıb.

O, karyerası ərzində bir çox məşhur klubların formasını geyinib. Bura "Monako", "Arsenal", "Mançester Siti", "Real", "Tottenhem", "Kristall Pelas" daxildir. 2017-ci ildə Türkiyəyə gələn Adebayor 2 il "Başakşehir"in şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti