Qurban Qurbanovun istəmədiyi futbolçu rəsmən Türkiyə klubunda

2 Yanvar 2020 17:27 Qarabağ 1 381
Qurban Qurbanovun istəmədiyi futbolçu rəsmən Türkiyə klubunda

Türkiyənin "Boluspor" klubu "Qarabağ"ın sabiq futbolçusu Con Delarjı heyətinə qatıb. Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı konqolu hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Delarj daha öncə Türkiyədə “Osmanlıspor” və “Buraspor”un şərəfini qoruyub. Forvard “Qarabağ”a 2018-ci ilin yayında məhz Bursa klubundan keçib.

Afrikalı oyunçu Ağdam təmsilçisində heyətə düşə bilmədiyi üçün cari mövsümün əvvəlində komandadan göndərilib. Delarj son olaraq, Çexiyanın "Dinamo" (Çeske-Budeyovitsa) komandasının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"