Prosineçki onun "Qarabağ"a keçidinə imkan vermədi

2 Yanvar 2020 14:40 Qarabağ 1 475
Prosineçki onun "Qarabağ"a keçidinə imkan vermədi

“Kayserispor"un yeni baş məşqçisi Robert Prosineçki “Qarabağ”ın transfer gündəmində olduğu iddia edilən Pedro Enrikenin satılmağına icazə verməyib.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis Enrikedən başqa, Bernard Mensah və Adem Kravetsin də komandada qalmalı olduğunu klub rəhbərliyinə bildirib.

Qeyd edək ki, Pedro ötən ilin sonlarında Bakıya gəlmiş və "Qarabağ"ın matçını stadiondan izləmişdi. 29 yaşlı oyunçunun "Qarabağ"la danışıq apardığı haqda xəbərlər yayılmışdı.

Xatırladaq ki, braziliyalı yarımmüdafiəçi 2017/18 mövsümündə "Qarabağ"da icarə əsasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!