AFFA "Qarabağ"ın "qırmızı şikayəti"ni təmin etdi

12 Dekabr 2019 12:59 Qarabağ 753
AFFA "Qarabağ"ın "qırmızı şikayəti"ni təmin etdi

"Qarabağ"ın futbolçusu İsmayıl İbrahimliyə AFFA İntizam Komitəsinin kəsdiyi cəza yüngülləşdirilib. Sportinfo.az xəbər verir ki, bu barədə federasiyanın Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.

Tribunal “Qarabağ”ın müraciətini qismən təmin edib. İbrahimli “Sumqayıt”la səfər matçı zamanı rəqib futbolçuya bilərəkdən zərbə endirməsi əsas gətirilərək, 3 oyunluq diskvalifikasiya olunmuşdu. Apellyasiya Tribunalı İbrahimlinin cəzasını 2 matça endirib.

Futzal üzrə Birinci Liqada çıxış edən “Baku Fans” klubu tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməyib. AFFA İntizam Komitəsinin 20 noyabr 2019-cu il tarixli qərarı ilə “Baku Fans” – “Baku Fire-2” görüşündə meydan sahiblərinin oyunçusu Eldost Paşayevin rəqibi ayaqla bilərəkdən vurduğuna, hakimi təhqir etdiyinə və fiziki təzyiq göstərdiyinə görə 10 oyunluq cəzası qüvvədə saxlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"