"Qarabağ"ın maraqlandığı çex qapıçı "Sportinfo"ya danışdı

8 Dekabr 2019 11:06 Qarabağ 1 963
"Qarabağ"ın maraqlandığı çex qapıçı "Sportinfo"ya danışdı

Şotlandiya mətbuatında "Sent-Mirren"in qapıçısı Vatslav Qladkinin "Qarabağ"dan təklif alması ilə bağlı xəbər yayılıb.

Məlumatın nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün çexiyalı qolkiperin özü ilə əlaqə saxladıq. 29 yaşlı çərçivə qoruyucusu Sportinfo.az-a açıqlamasında bundan xəbərsiz olduğunu bildirdi:

"Hazırda məndə bu barədə hər hansı məlumat yoxdur. "Qarabağ"dan təklif olub-olmamasından xəbərsizəm. Bu işlərlə menecerim məşğul olur".

"Qarabağ"ı yaxşı tanıdığını deyən Qladki "Bu komandada oynamaq istərdinizmi" sualını isə cavabsız qoydu: "Əlbəttə, "Qarabağ"ı yaxşı tanıyıram. Əgər xatırlayırsızsa, 3 il öncə "Slovan"ın heyətində bu komandaya qarşı oynamışam. "Qarabağ"da oynamaq sualına gəlincə, buna cavab vermək istəmirəm".

Qeyd edək ki, "Qarabağ"ın Qladkiyə görə "Sent-Mirren"ə 200 min funt-sterlinq təklif etdiyi iddia olunur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı