Qurban Qurbanov bu futbolçunun satılmasını təxirə saldı

7 Dekabr 2019 18:00 Qarabağ 1 384
Qurban Qurbanov bu futbolçunun satılmasını təxirə saldı

Mahir Emreli ən azı cari mövsümün sonunadək "Qarabağ"ın formasını geyinəcək. Sportinfo.az-ın məlumatına görə, bu, Qurban Qurbanovun yekun qərarıdır.

Baş məşqçinin Maqaye Qeyeyə ümidləri azaldığından, Mahirin satılması planını yaya qədər təxirə salıb.

Ağdam klubu avqustda "Sevilya"dan onunla bağlı təklif almışdı. Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan İspaniya nəhəngi Emreli ilə uzunmüddəitli müqavilə bağlamaq niyyətində olduğunu açıqlamışdı.

Millimizin hücumçusu bir müddət "Sevilya B"də çıxış etməli, daha sonra isə əsas komandanın düşərgəsinə qoşulmalı idi. Hər halda "Sevilya"nın idman direktoru Ramon Monçi Mahirə bu cür "yol xəritəsi" çızmışdı.

Artıq Qurban Qurbanovun son qərarı barədə sevilyalılara təmsilçisinə məlumat verilib. Yəni ki, tərəflər danışıqlar masası arxasına iyundan tez keçməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti