"Qarabağ" Avropada 2-cidir

29 Noyabr 2019 15:19 Qarabağ 1 278
"Qarabağ" Avropada 2-cidir

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” qitənin ikinci nüfuzlu klub turnirində ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır. Ağdam klubunun futbolçularına qarşı beş oyununda 82 dəfə qayda pozulub.

“Trabzonspor”un oyunçuları 84 dəfə kobudluğa məruz qalıblar. İlk üçlüyü Fransa “Renn”i (81) qapayır.

“Qarabağ”ın üzvləri 63 dəfə rəqib oyunçulara qarşı kobudluq ediblər. Komanda bu göstəricidə 30-cu sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"