"Qarabağ" İspaniyada uğurlu nəticəyə imza ata bilər"

28 Noyabr 2019 12:27 Qarabağ 856
"Qarabağ" İspaniyada uğurlu nəticəyə imza ata bilər"

"Qarabağ" ən tanınmış və güclü klublara qarşı da inamlı futbol oynamağı bacarıb. Düzdür, rəqib çox güclüdür. Amma istənilən halda "Qarabağ"a inanmaq olar".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiç deyib.

Ağdam təmsilçisinin qapısını qorumuş xorvatiyalı əlcək sahibi Azərbaycan çempionunun Avropa Liqasının beşinci turu çərçivəsində "Sevilya"ya qarşı oyununda da uğurlu nəticə qazana biləcəyini bildirib: "Sevilya" favoritdir.

Amma unutmayaq ki, "Qarabağ" da istənilən komandaya qarşı inamlı təsir bağışlaya bilir. "Qarabağ"ın İspaniyada uğurlu nəticəyə imza atmaq şansı var. Sadəcə, diqqətli oynayıb, qol epizodlarından da maksimum istifadə etmək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!