"Qarabağ"ın futbolçusuna sərfəli təklif

19 Noyabr 2019 11:02 Qarabağ 1 216
"Qarabağ"ın futbolçusuna sərfəli təklif

"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Ağdam klubundan ayrıla bilər. Sportinfo.az xəbər verir ki, bolqarıstanlı futbolçu ölkəsindən sərfəli təklif alıb.

Yerli mətbuatın iddiasına görə, "Levski" millinin oyunları ilə bağlı Bolqarıstana gedən 26 yaşlı oyunçu ilə danışıq aparıb. Ancaq Slavçev qarşı tərəfə hələ yekun qərarını bildirməyib.

Qeyd edək ki, Slavçevin "Qarabağ"la 2021-ci ilin yayına qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti