"Qarabağ"dan SÜRPRİZ TRANSFER!

17 Noyabr 2019 15:22 Qarabağ 3 275
"Qarabağ"dan SÜRPRİZ TRANSFER!

"Qarabağ" daha bir keçmiş futbolçusunu geri qaytarmağa hazırlaşır. Sportinfo.az-ın məlumatına görə, Azərbaycan çempionu Pedro Enrike ilə danışıqların son mərhələsindədir.

Əslində, braziliyalı legionerin ötən həftə Azərbaycana qəfil səfəri bununla əlaqədardır. "Zirə" ilə 1:1 bitən qarşılaşmanı canlı izləyən yarımmüdafiəçi Ağdam klubunun rəhbərliyi və baş məşqçi Qurban Qurbanovla görüşüb.

Pedro avqustda “Kayserispor” ilə 3 illik müqavilə bağlayıb. Kayseri təmsilçisi bu transfer üçün PAOK-a 650 min avro ödəyib. İndi iş ondadır ki, Türkiyə klubu üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirmir. Super Liqa təmsilçisi 2 aydan artıqdır "sambaçı"nın əməkhaqqını ödəmir.

Pedro artıq Türkiyə Futbol Federasiyası və FİFA-ya bununla bağlı şikayət məktubu göndərib. O, müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi məsələsini qaldırıb.

"Qarabağ" hazırda bu prosesin bitməsini və rəsmiləşməsini gözləyir. Bir problem çıxmasa, Azərbaycan çempionu Pedro ilə yanvarda 1+1 illik müqavilə imzalayacaq.

Enrike 2017/18 mövsümündə icarə əsasında "Qarabağ"da oynayıb. O, Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifi olub (“Roma” ilə matçda - 1:2).

Digər Xəbərlər
Xəbər Lenti