Mahir Emreli: Avar dili, ilk maaşı, vurma cədvəli və İbrahimoviç - VİDEO

16 Noyabr 2019 12:22 Qarabağ 4 602
Mahir Emreli: Avar dili, ilk maaşı, vurma cədvəli və İbrahimoviç - VİDEO

Millimizin və "Qarabağ"ın futbolçusu Mahir Emreli CBC Sport-da yayımlanan "Sport Like" verilişinin qonağı olub. Sportinfo.az xəbər verir ki, hazırda zədəli olduğu üçün yığmadan kənarda qalan hücumçu maraqlı açıqlamalar verib.

İngilis və Rus dillərini bilən forvard Avar dilini öyrənmək istədiyini bildirib. Buna səbəb isə nənəsi danışarkən onu başa düşməməsidir. Mahir əslən Zaqatala rayonundandır.

Emreli ilk maaşının 100 dollar olduğunu desə də, hazırkı əməkhaqqını açıqlamaqdan imtina edib. Zlatan İbrahimoviçin oyununa heyran olan futbolçu sonuncu dəfə məhz isveçli hücumçunun həyatından bəhs edən kitabı oxuyub.

Mahir sağ ayağı ilə yaxşı zərbələr vura bilmədiyini də etiraf edib. Bundan başqa, millimizin üzvünün vurma cədvəlini bilməməsi də məlum olub.

Digər Xəbərlər
Xəbər Lenti