“Qarabağ”lı Paraqvaya qarşı niyə forma geyinmədi?

15 Noyabr 2019 01:24 Qarabağ 629
“Qarabağ”lı Paraqvaya qarşı niyə forma geyinmədi?

Bolqarıstan yığması yoxlama oyunu keçirib. Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Simeon Slavçevin formasını geyindiyi kollektiv doğma meydanda Paraqvay milli komandası ilə üz-üzə gəlib.

Sofiyada baş tutan matç bolqarların məğlubiyyəti ilə başa çatıb – 0:1. Zədədən yeni qayıdan Slavçev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Bolqarıstan yığması noyabrın 17-də AÇ-2020-nin seçmə mərhələ çərçivəsində Çexiyanı qəbul edəcək. “Qarabağ”ın yarımmüdafiəçisinin həmin oyuna qədər hazır olması gözlənilir

Digər Xəbərlər
Xəbər Lenti