"Qarabağ" APOEL-in hücumçusunu istəyir

14 Noyabr 2019 21:20 Qarabağ 2 248
"Qarabağ" APOEL-in hücumçusunu istəyir

Mahir Emreli və Maqaye Qeyedən istədiyini ala bilməyən "Qarabağ"ın xidmətində maraqlı olduğu hücumçunun kimliyi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, Ağdam təmsilçisi Musa Əl-Tamaarini APOEL-dən icarəyə götürmək istəyir. 22 yaşlı cinah hücumçusu hazırda Kipr klubunda ciddi problemlər yaşayır.

Baş məşqçi Tomas Dola münasibətləri korlanıb. Almaniyalı çalışdırıcının bu üzdən iordaniyalı forvardın adını Bakıdakı oyunun iştirak ərizəsinə salmadığı bildirilir.

Düzdür, APOEL rəsmilərinin müdaxiləsindən sonra Doll ərəb futbolçunu əsas heyətə qaytarıb, ancaq o, qış fasiləsində Nikosiyadan ayrılmaq niyyətindədir. Kipr çempionu Musanın transfer qiymətini 8 milyon avro olaraq müəyyənləşdirib.

Hələlik bu məbləği qəbul edən müştəri ortalığa çıxmayıb. Sürəti və texnikasıyla seçilən Əl-Tamaari "Qarabağ"ın təklifinə heç də mənfi yanaşmayıb. Sadəcə, APOEL-in onu icarəyə verməyə razılaşıb-razılaşmayacağı sual altındadır.

Digər Xəbərlər
Xəbər Lenti