"Qarabağ"ın sabiq futbolçusu meningit olub

14 Noyabr 2019 10:55 Qarabağ 970
"Qarabağ"ın sabiq futbolçusu meningit olub

"Qarabağ"ın sabiq müdafiəçisi Yakub Jezniçak xəstəxanadan evə buraxılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə polşalı futbolçu şəxsi "Facebook" səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, tam sağalması üçün bir müddət istirahət etməli olacaq. Futbolçu hansı xəstəliyə görə xəstəxanaya düşdüyünü də açıqlayıb:

"İndi özümü yaxşı hiss edirəm. Xəstəxanaya düşəndə çox pis idim. "Yagelloniya" ilə oyundan sonra başım ağrımağa başladı. Ağrı o qədər güclü oldu ki, xəstəxanada yatmalı oldum. Müayinədən sonra başımda viruslu meningit (baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi) aşkarlandı. Varşavadakı xəstəxanaların birində yoluxucu xəstəliklər şöbəsində yatdım. Xidmət çox gözəl idi. Halbuki, qapalı otaqda bir neçə gün qalmağın yorucu ola biləcəyini düşünürdüm. Xoşbəxtlikdən bununla bağlı hər hansı şikayətim olmadı. Ailəm, dostlarım, komanda yoldaşlarım və azarkeşlərimiz ziyarətə gəldilər. Çoxlu kitab oxudum, "FİFA" oynadım, filmlərə və təbii ki, çempionat oyunlarına baxdım (gülür).

Xəstəxananı yenicə tərk etmişəm. Həkimlər istirahət etməli olduğumu desələr də, özümü yaxşı hiss edirəm. Növbəti həftənin sonuna qədər məşqlərə qatıla bilmərəm. Təəssüf ki, fasiləyə qədərki son iki matçda komandama kömək edə bilməyəcəm. Həyatda heç nəyi əvvəlcədən bilmək olmur. Ən əsası sağlamlıqdır. Meydana tez qayıtmaq üçün mümkün olan hər şeyi etdim. Yeri gəlmişkən, xəstəlik zamanı mənə göstərdikləri dəstəyə görə bütün tərəfdarlara təşəkkür edirəm".

Qeyd edək ki, Jezniçak ötən mövsümün sonunda "Qarabağ"dan ayrılıb. O, bu yaxınlarda "Qarabağ"dakı dostları, tanışları ilə görüşmək üçün Bakıya gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda