"Qarabağ", "Real" və "Milan" rəsmiləri bir qrupda - ƏSGƏROV ECA-DA SƏDR MÜAVİNİ OLDU

13 Noyabr 2019 20:18 Qarabağ 779
"Qarabağ", "Real" və  "Milan" rəsmiləri bir qrupda - ƏSGƏROV ECA-DA SƏDR MÜAVİNİ OLDU

Azərbaycan çempionu "Qarabağ"ın baş meneceri Asif Əsgərov təmsil olunduğu Avropa Klublar Assosiasiyasında (ECA) vəzifəyə seçilib.

Sportinfo.az xəbər verir ki, bu gün ECA-nın Yarışların Təşkili və Keçirilməsi Qrupunun Milanda ilk toplantısı baş tutub. Toplantıda İşçi Qrupun sədr və müavinləri seçilib. Qrupun sədri postuna İtaliyanın məşhur "Milan" klubunun prezidenti İvan Gazidis təsdiqlənib.

Asif Əsgərov isə onun 3 müavinindən biri seçilib. "Qarabağ" rəsmisi ilə yanaşı "Brügge"nin baş meneceri Vinsent Mannaert və Madrid "Real"ının vitse-prezidenti Emilio Butragenyo da adıçəkilən qrupun sədr müavinləri olub. Onların səlahiyyət müddəti qarşıdakı 4 ili əhatə edəcək.

Asif Əsgərov artıq iki ildir ECA-nın İşçi Qrupunun üzvüdür və bu, Azərbaycan futbol tarixində yeganə nümunədir.

Digər Xəbərlər
Xəbər Lenti