"Qarabağ" müraciət etdi, UEFA-ya təminat verdi

13 Noyabr 2019 19:21 Qarabağ 1 180
"Qarabağ" müraciət etdi, UEFA-ya təminat verdi

Bir müddət əvvəl xəbər vermişdik ki, UEFA Avropa Liqasında çıxış edən bütün klublara məktub ünvanlayıb. Qitə futbol qurumu adıçəkilən yarışın iştirakçılarına "dron təhlükəsizliyi" ilə bağlı öz tövsiyələrini verib.

Bu, "Düdelanj"la Luksemburqda keçirilmiş oyun zamanı yaşanan məlum təxribatla bağlıdır. UEFA ermənilərin törətdiyi təxribatdan ciddi narahat olub və bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsinə başlayıb.

"Qarabağ"ın baş meneceri Asif Əsgərov Sportinfo.az-a açıqlamasında UEFA-nın təlimatına uyğun hərəkət etdiklərini bildirib: "Hərə öz oyununa görə UEFA-ya məlumat verir . Biz də müvafiq dövlət orqanlarına müraciət edib, cavab yazdıq.

Avropa futbol qurumunun nəzərinə çatdırdıq ki, bundan sonra da ev oyunlarının təhlükəsizliyini təmin edəcəyik. Dron Azərbaycanda yalnız xüsusi icazə ilə istifadə edilə bilər".

Digər Xəbərlər
Xəbər Lenti