"Bizim hədəfimiz sizi qorumaqdır" - AFFA-dan "Qarabağ"a mühazirə

12 Noyabr 2019 16:15 Qarabağ 782
"Bizim hədəfimiz sizi qorumaqdır" - AFFA-dan

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda I divizionda mübarizə aparan “Qarabağ”ın əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminar iştirakçılarına İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında seminar iştirakçılarına məlumat verilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!