Qol vurdu, Qurban Qurbanovu qucaqladı - VİDEO

11 Noyabr 2019 10:24 Qarabağ 732
Qol vurdu, Qurban Qurbanovu qucaqladı - VİDEO

Azərbaycan Premyer Liqasının 11-ci turunda "Qarabağ" "Zirə"ni qəbul edib. Sportinfo.az xəbər verir ki, oyunun 5-ci dəqiqəsində Ağdam təmsilçisi Maqaye Qeyenin gözəl qolu ilə hesabı açıb.

Seneqal əsilli fransalı forvard qoldan sonra komandanın texniki zonası tərəfə qaçıb. 29 yaşlı hücumçu komandanın baş məşqçisi Qurban Qurbanovun əlini sıxıb və onu qucaqlayıb.

Avropa Liqasında APOEL-lə oyunda zəif təsir bağışlayan forvard tənqid hədəfində idi. Həmin oyunda meydana sonradan daxil olan Qeye matçın sonlarında əvəzlənmişdi.

Digər Xəbərlər
Xəbər Lenti