Asmir Beqoviç: Azardan Vardiyə kimi... - FOTOLAR

9 Noyabr 2019 12:26 Qarabağ 858
Asmir Beqoviç: Azardan Vardiyə kimi... - FOTOLAR

Asmir Beqoviç Azərbaycan çempionatına gəlmiş ən məşhur legioner olsa da, hələlik "Qarabağ"ın qapıçısının çıxışı birmənalı qarşılanmır. Bir çoxlarının fikirincə, bosniyalı qolkiper kritik anlarda komandasını qoldan xilas edə bilmir. 32 yaşlı qapıçı Ağdam klubunda qışa qədər icarə əsasında çıxış edəcək. Onun "Qarabağ"da qalıb-qalmayacağı hələ ki, bəlli deyil.

Vaxtilə "Çelsi", "Stok Siti", "Bornmut" kimi klubların qapısını qorumuş Asmir yaşıl meydanlarda bir çox dünya ulduzları ilə mübarizə aparmalı olub.

Sportinfo.az "Qarabağ"ın qolkiperinin karyerasından bəzi maraqlı fotoları sizə təqdim edir.

Foto-1. Hazırda "Real"ın formasını geyinən Tibo Kurtua "Çelsi"də Beqoviçlə birgə çıxış edib. Amma Belçika millisinin üzvü əsas qapıçı olduğundan Asmir çox vaxt ehtiyatda qalırdı. Bununla belə, bu iki qapıçının münasibətləri həmişə yaxşı olub.

Foto-2. Beqoviç bir il Antonio Konte ilə işləmək imkanı qazanıb. İtaliyalı mütəxəssis İngiltərədə çox qala bilmədi və vətəninə döndü. Konte indi "İnter"in sükanı arxasında "Yuve"nin hegemonluğuna son qoymağa çalışır. Konte 2016/2017-ci illər mövsümündə "Çelsi"yə Premyer Liqanın qızıl medallarını qazandırmışdı.

Foto-3. Azərbaycana gələn Asmirdən fərqli olaraq, Eden Aazar "Real"a yollandı. Belçikalı futbolçunun ilk dövrdə artıq çəkisi olsa da, o, yavaş-yavaş ideal formasına qayıdır. Bir vaxtlar hər iki futbolçu "Çelsi"nin uğurları üçün çalışırdılar.

Foto-4. "Çelsi"nin əfsanələrindən biri Con Terri ilə. "Zadəganlar"ın heyətində 19 il keçirdikdən sonra Terri karyerasını "Aston Vila"da başa vurdu. O, hazırda bu klubda köməkçi məşqçi kimi çalışır.

Foto-5. Çox sakit görünən Beqoviçin hərdən özündən çıxmağı da var. "Bornmut"da çıxış edərkən Ceymi Vardi ilə mübahisəni fotoreportyorlar tarixin yaddaşına köçürüblər.

Foto-6. Bir vaxtlar "Çelsi"ni çalışdırmış Roberto Di Matteonu yəqin ki, tanıdız? Kudiçini də həmyerlisinin yanındadır. Beqoviç təkcə basketbol yox, həm də qolf həvəskarıdır.

Foto-7. "Qarabağ"ın qapıçısının "twitter" səhifəsini izləmək kifayətdir ki, onun necə basketbol heyranı olduğunu hisss edəsən. Beqoviç tez-tez NBA matçlarını izləyir. Xanımı Nikolya ilə birgə "Orlando Magic" - "Toronto Raptors" oyunununda.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!