"Qarabağ"ın Nikosiyada qalib gələcəyinə inanıram" - İnnosent Emeqara

7 Noyabr 2019 16:33 Qarabağ 645
"Qarabağ"ın Nikosiyada qalib gələcəyinə inanıram" - İnnosent Emeqara

"Fatih Karagümrük"ün forvardı, "Qarabağ"ın keçmiş hücumçusu İnnosent Emeqara Sportinfo.az-a müsahibə verib:

- "Fatih Karagümrük"dəki işlərin necədir?
- Hər şey yaxşıdır. Sadəcə son oyunda uduzduq. Uğurlu nəticələ qazanmaq üçün oynayırıq.

- 9 oyuna 4 qol vurmusan. Bu cür davam edə biləcəksən?
- Bunun üçün çalışıram. Komandaya xeyir verməkdən ötrü əlimdən gələni edirəm. Komandamızın məqsədləri var və bunun üçün çalışırıq.

- Son turda evdə “Ərzurumspor”la qarşılaşdınız və meydanı məğlub tərk etdiniz. Rəqibin qapısını “Qarabağ”dan komanda yoldaşın olan İbrahim Şehiç qoruyur. Onunla söhbətləşmək imkanı oldu?
- Əlbəttə. Oyundan sonra Şehiçlə görüşdük, söhbətləşdik.

- Maraqlıdır, nə barədə danışdınız? “Qarabağ” haqda söhbətiniz oldu?
- Çox şeydən danışdıq. Şehiçi gördüyümə şad oldum. Həqiqətən də o, yaxşı oğlandır.

- Sabiq komandan "Qarabağ" Avropa Liqasının qrup mərhələsində çıxışını davam etdirir. Onların çıxışını izləyirsən?
- Bəli, izləyirəm. Avropa Liqasındakı oyunlarına baxıram. Növbəti mərhələ şanslarının qaldığını bilirəm.

- "Qarabağ" bu gün APOEL-lə qarşılaşacaq. Səncə, onlar Nikosiyada qalib gələ bilər?
- Bəli, mən buna inanıram. "Qarabağ" yaxşı komandaya malikdir.

- "Qarabağ" qalib gələrsə, qrupdan çıxmaq məsələsini böyük ölçüdə həll etmiş olacaq...
- Dediyim kimi "Qarabağ"ın qalib gələcəyinə inanıram. Onların növbəti mərhələyə yüksəlməsi lazımdır. Amma futbolda öncədən proqnoz vermək olmur, necə olacağını oyun göstərəcək.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti