Qurban Qurbanov: "Ancaq hücumda ola bilmərik"

6 Noyabr 2019 22:06 Qarabağ 646
Qurban Qurbanov: "Ancaq hücumda ola bilmərik"

"Sabah rəqib həddindən artıq istəkli ola bilər. APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin APOEL-lə oyunundan əvvəl keçirilməli olan mətbuat konfransı ləğv edilən Qurbanov klubun saytına açıqlamasında sabahkı görüş haqda fikirlərini bildirib.

Ağdam klubunun çalışdırıcısı diqqətli oynamaq lazım olduğunu bildirib: "Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq.

Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib.

Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda həm əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, maksimum diqqətli olaq”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!