"Futbolçularım "Qarabağ"la oyunun vacib olduğunu anlayır" - Tomas Doll

6 Noyabr 2019 19:35 Qarabağ 525
"Futbolçularım "Qarabağ"la oyunun vacib olduğunu anlayır" - Tomas Doll

"Biz özümüzü yaxşı hiss edirik. "Qarabağ"a qarşı keçirdiyimiz ilk görüşdə komandam yaxşı durumda deyildi. Problemlərimiz var idi. Amma komandamın Bakıda xarakter nümayiş etdirməsini bəyəndim".

Sportinfo.az xəbər verir ki, bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyundan əvvəl keçirilən mətbuat konfransında deyib. Almaniyalı mütəxəssis görüşlə bağlı bu cür danışıb: "Bizə üç xal lazımdır. Sabahkı oyunda bunu qazana bilərik. Futbolçularım "Qarabağ"la oyunun çox vacib olduğunu yaxşı anlayır. Bu cür oyunlar maksimum dərəcədə konsentrasiya tələb edir. Qol vurmaq üçün imkanlarımız olacaq. Amma biz maksimum dərəcədə diqqətli olmalıyıq. Pis nəticəyə baxmayaraq, məşqlərdə yaxşı komanda gördüm. "Qarabağ"la matçlarda 4 qol vurmuşuq və yenə də fərqlənməyi hədəfləmişik. Bütün oyunçular Avropada yola davam etmək istəyirlər. Oyuna çox köklənmişik.Ağıllı oynamalıyıq. Belə olacağı təqdirdə topa sahib ola bilməyəcəklər. Rəqibin necə oynayacağını bilirik".

Doll komandasının evdə oynamasının onlar üçün üstünlük olduğunu bildirib: "Bu dəfə başqa cür olacaq. Çünki biz doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Ağıllı oynayıb, "Qarabağ"a əks-hücumlar şansı verməmək lazımdır. Futbolçularımın bu cür oyunlar üçün təcrübəsi var. Oyunçular arasında yaxşı formada olmayan var. Amma mənim başqa variantlarım da olacaq".

Digər Xəbərlər
Xəbər Lenti