"Qarabağ"la oyunda bizə üç xal lazımdır" - APOEL-in forvardı

6 Noyabr 2019 19:07 Qarabağ 658
"Qarabağ"la oyunda bizə üç xal lazımdır" - APOEL-in forvardı

"Eyni rəqiblər bir mövsümdə dörd dəfə qarşılaşmaq tez-tez baş vermir. "Qarabağ"a qarşı çətin oyun olacaq. Biz bunu yaxşı anlayırıq". Sportinfo.az xəbər verir ki, bu sözləri APOEL-in hücumçusu Linus Hallenius Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.

İsveçli forvard Ağdam klubu ilə görüşün çətin keçəcəyini anladıqlarını bildirib: "Çətin olacaq. Bizə üç xal lazımdır. Nə etmək lazım olduğunu bilirik".

Forvard kiprli həmkarlarımızın "azarkeşlər sizdən çox şey gözlədiyinə görə təzyiq hiss edirsən?" sualını isə bu cür cavablandırıb: "Meydana çıxdığımız zaman qol vurmağa çalışıram. "Qarabağ"la oyunda kimin qol vurmasının fərqi yoxdur, əsas odur ki, qalib gələk".

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı