"Yalnız "Qarabağ"la görüşü düşünürük" - APOEL-in futbolçusu

6 Noyabr 2019 15:36 Qarabağ 549
"Yalnız "Qarabağ"la görüşü düşünürük" - APOEL-in  futbolçusu

"Ölkə çempionatında son oyunumuzu evdə keçirdik. İndi yalnız "Qarabağ"la görüşü düşünürük. Oyuna yaxşı hazırlaşmışıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında APOEL-in təcrübəli futbolçusu Giorgos Merkis deyib.

Nikosiya klubunun aparıcı oyunçularından hesab edilən 35 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə danışıb:

"Qarabağ"la matça tam hazırıq. Bizi maraqlı və yaxşı oyun gözləyir. Necə olacağını oyun göstərəcək. Şansların 50/50-ə olduğunu düşünürəm".

Digər Xəbərlər
Xəbər Lenti