Rəşad Sadıqov Qurban Qurbanovdan nə xahiş edib?

2 Noyabr 2019 20:15 Qarabağ 1 636
Rəşad Sadıqov Qurban Qurbanovdan nə xahiş edib?

“Qarabağ»ın kapitanı Rəşad Sadıqov Premyer Liqanın son 2 turunda meydana çıxmayıb. O, öncə "Səbail", dünən isə "Neftçi" ilə qarşılaşmaları ehtiyat skamyadan izləyib. Bu, heç də təcrübəli müdafiəçinin zədəli olmasıyla bağlı deyil.

Sportinfo.az-ın məlumaitına görə, "14 nömrə" bunu şəxsən Qurban Qurbanovun özündən xahiş edib. Sadıqov hələ də APOEL-lə Bakıda matçın (2:2) psixoloji gərginliyi altında olduğunu bildirib və özünə gəlməsi üçün baş məşqçidən bir qədər zaman istəyib.

Qurbanov ona noyabrın 7-də Nikosiyadakı cavab görüşünə hazırlaşmasını tapşırıb. Ancaq bilinmir ki, Rəşad həmin gün meydana ayaq basacaq, ya yox. Bu suala Qurbanovla Sadıqov arasındakı növbəti təkbətək söhbətdə aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı