"Bir qüvvətli zərbə qapıçını axmaq görünməyə vadar edir" - BEQOVİÇ

2 Noyabr 2019 16:50 Qarabağ 768
"Bir qüvvətli zərbə qapıçını axmaq görünməyə vadar edir" - BEQOVİÇ

İngiltərə Premyer Liqası tarixində ən erkən qol vurmuş futbolçuların siyahısı açıqlanıb.

Sportinfo.az "The Guardian"a istinadən xəbər verir ki, siyahıda hazırda icarə əsasında "Qarabağ"da çıxış edən Asmir Beqoviçin də adı var. Bosniyalı qolkiperin 2013-2014 mövsümündə "Stok Siti"nin heyətində 13,64-cü saniyədə meydanın özlərinə aid hissəsindən "Sauthempton"un qapısına vurduğu baxımlı qol sırlamada 10-cudur. Beqoviç ən erkən fərqlənən qapıçı nominasiyasında isə liderdir.

Müqavilə ilə "Bornmut"a məxsus olan 32 yaşlı qolkiper ilk 10-luğa düşməsi ilə bağlı təəssüratlarını bölüşüb: "Uzaq məsafədən, özü də meydanın özünə aid hissəsindən qol vurmaq əla, rəqib qapıçı üçün isə qorxunc hissdir. Çünki bir qüvvətli zərbə qolkiperi axmaq görünməyə vadar edir".

Qeyd edək ki, Beqoviçin "Qarabağ"la qışa qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti