"Beqoviç hörmətə layiq insandır" - SERBİYALI

2 Noyabr 2019 15:39 Qarabağ 1 219
"Beqoviç hörmətə layiq insandır" - SERBİYALI

"Qarabağ"ın sabiq qolkiperi Boyan Şaranov Sportinfo.az-a açıqlama verib. Türkiyə birinci divizionunda yarışan "Fatih Karagümrük" forması geyinən serbiyalı qapıçı komanda yoldaşı - eks "Qarabağ”lı İnnosent Emeqara haqda danışıb:

"Emeqara ilə eyni komandada oynamaq xoşdur. O, həqiqətən əla forvarddır. Komandaya gəldiyim ilk gündən dostluq münasibətimiz var. Çünki Emeqara ilə "Qarabağ"dan ortaq dostlarımız, danışacağımız mövzular var".

Şaranov "Fatih Karagümrük"ün birinci diviziondakı məqsədləri barədə bunları deyib:

"Fatih Karagümrük" ənənəsi olan klubdur. Prezidentimiz iddialı insandır. Yaxşı komandamız var, nəticələrimiz də yaxşıdır. Məqsədimizə çatacağımıza inanıram".

"Qarabağ"ın sabiq qolkiperi Ağdam təmsilçisinin hazırkı qapıçısı Asmir Beqoviç haqda fikirlərini söyləyib: "Beqoviç çox güclü qapıçıdır. O, 10 il dünyanın ən güclü liqası olan İngiltərə Premyer Liqasında oynayıb. "Çelsi" kimi komandanın qapısını qoruması onun necə qapıçı olmasını göstərir. Beqoviç hörmətə layiq insandır. "Qarabağ"da yaxşı çıxış etdiyini düşünürəm. Bu komandaya xeyir verəcək.

"Qarabağ"ın APOEL-lə görüşdə uğurlu nəticə qazanacağına inanıram. Amma təəssüf ki, komandanız evdə APOEL-i məğlub etmək şansını qaçırdı. Buna baxmayaraq, sabiq komandamın Nikosiyada yaxşı nəticə qazanacağına inanıram".

Digər Xəbərlər
Xəbər Lenti