"O, "Qarabağ"da yeni oynamağa başlayıb" - PROSİNEÇKİDƏN İZAHAT

1 Noyabr 2019 11:32 Qarabağ 546
"O, "Qarabağ"da yeni oynamağa başlayıb" - PROSİNEÇKİDƏN İZAHAT

Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qapıçısı Asmir Beqoviçi milliyə çağırmamasının səbəbini izah edib.

Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis 32 yaşlı qolkiperin yenidən düşərgəyə dəvət olunacağını bildirib.

"Beqoviçi yığmaya çağırmaq istəyirdim. Lakin düşündüm ki, "Qarabağ"da yeni oynamağa başlayıb. Bu komanda ilə onlar Avroliqada yaxşı çıxış edirlər, Beqoviç də oyun təcrübəsini artırır. Düşünürüəm, millidə Beqoviçə yer olacaq".

Xorvat məşqçi AÇ-2020-nin seçmə qrup mərhələsinin son - İtaliya və Lixtenşteynlə oyunlar üçün yığmaya “Ərzurumspor”da çıxış edən sabiq "Qarabağ"lı İbrahim Şehiç, “Maribor”dan Kenan Piriç və “Hapoel”dən (Hayfa) Jasmin Buriçi dəvət edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı