"Qarabağ"ın legioneri təkzib etdi: "ZƏDƏLİ DEYİLƏM"

29 Oktyabr 2019 20:55 Qarabağ 869
"Qarabağ"ın legioneri təkzib etdi:

"Qarabağ"ın müdafiəçisi Simeon Slavçev zədələnərək 2 həftəliyinə sıradan çıxması haqda yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan bolqarıstanlı futbolçu məlumatı təkzib edib. O, komanda ilə birlikdə məşq etdiyini söyləyib:

"Bu, doğru deyil. Ötən cümə günü yüngül zədə almışdım. Bu gündən isə tam gücümlə komanda ilə birlikdə məşq edirəm. Azərbaycan mətbuatının bu haqda yazdığı məlumatlar həqiqətə uyğun deyil".

Slavçev millinin yeni baş məşqçisi Georgi Dermençiyevin ona dəvət göndərməsinə sevindiyini söyləyib: "Baş məşqçinin dəvətinə görə sevincliyəm. Komanda yoldaşlarım da vəziyyətimdən xəbərdardırlar. Ötən ilki pis nəticələrə görə bolqar azarkeşlərə özümüzü bağışlatdırmalıyıq. İnanıram ki, tezliklə başımızı yuxarı qaldırıb, uğursuz seriyanı qıracağıq".

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı