"Beqoviç baş məşqçiylə yola getmir"

29 Oktyabr 2019 13:37 Qarabağ 1 428
"Beqoviç baş məşqçiylə yola getmir"

Bosniya və Herseqovina mətbuatı Asmir Beqoviçin "Qarabağ"dakı gələcəyindən yazıb.

Sportinfo.az xəbər verir ki, həmkarlarımız yerli qapıçının müqavilə ilə məxsus olduğu "Bornmut"a qayıdacağına inanmır:

"Beqoviçin icarə müqaviləsi başa çatdıqdan sonra necə olacaq? "Qarabağ"da müntəzəm oynamasına baxmayaraq, "Bornmut"un onu yenidən sıralarına qaytaracağına inanmaq çətindir. Asmir və Eddi Hau ("Bornmut"un baş məşqçisi) yola getmirlər. Bu amil özü hər şeyi deyir. Ona görə də rəhbərlik komandanın gələcəyi hesab olunan gənc Aaron Ramsdeylə yeni müqavilə təklif edib.

Yalnız Hau "Bornmut"u tərk edəcəyi halda vəziyyət Beqoviçin xeyirinə dəyişə bilər. O, "Qarabağ"da 1 nömrədir. Komandası yerli çempionata başçılıq edir və Avroliqada pley-off-a çıxmaq üçün yaxşı şansları var. Bunu bacarsalar, klub üçün böyük uğur sayılacaq.

Robert Prosineçki bir müddət öncə Beqoviçin milliyə qayıda biləcəyini bildirsə də, qolkiper hələ də komandadan kənardadır".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!