"Neftçi"dən "Qarabağ"a

1 İyul 2020 19:45 Qarabağ 1 036
"Neftçi"dən "Qarabağ"a

"Neftçi"dən ayrılan Donald Gerye "Qarabağ"a qayıdıb.

Sportinfo.az xəbər verir ki, bu barədə haitili müdafiəçi özünün "İnstaqram" səhifəsində yazıb:

"Doğma yer haqqında sehirli olan tək şey onu tərk etməyin yaxşı olduğu qədər ora geri qayıtmağın da xoş hisslər yaratmasıdır. Geri qayıtdım. Razılıq əldə olundu".

D.Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"da çıxış edib. 31 yaşlı oyunçu ötən yay "Neftçi"yə transfer olunmuş və bir müddət öncə klubdan ayrılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti