“Qarabağ” rəhbərliyi Azərbaycan Mətbuat Şurasında oldu

26 May 2023 22:40 Qarabağ 349
“Qarabağ” rəhbərliyi Azərbaycan Mətbuat Şurasında oldu

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl və baş menecer Asif Əsgərov Azərbaycan Mətbuat Şurasının qonağı olub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin direktoru dəvətə görə Rəşad Məcidə təşəkkürünü bildirib:

“Dəvətə görə təşəkkür edirik. “Qarabağ” mətbuata daim həssas yanaşıb. Media nümayəndələri ilə klubumuz arasında dostluq münasibətləri ilə olub və bundan sonra da davam edəcək.

Mətbuat Şurasının rəhbərliyinə media ilə bağlı məsələlərdə göstərdiyi dəstəyə və həssas yanaşmaya görə də təşəkkür edirik”.

Mətbuat Şurasının sədri Rəşad Məcid klub rəsmilərinə minnətdarlıq edib və “Qarabağ”ın uğurlarına həmişə sevindiyini vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı