“Qarabağ” - Rumınlar onu George Haci üçün arzuolunmaz komanda sayır

24 May 2023 17:20 Qarabağ 1 067
“Qarabağ” - Rumınlar onu George Haci üçün arzuolunmaz komanda sayır

Rumıniya çempionatında sona bir tur qalmış tarixi ərzində ikinci çempionluğunu təmin edən “Farul” növbəti mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Rumın futbolunun və “Qalatasaray”ın əfsanələrindən olan George Hacinin baş məşqçisi olduğu Konstanta təmsilçisi püşkatma zamanı səpələnməmişlərdə yer alacaq.

Sportinfo.az saytı xəbər verir ki, komandanın Azərbaycan çempionu “Qarabağ”a potensial rəqiblərdən olması rumınların canına qorxu salıb. Yerli KİV Ağdam təmsilçisini arzuolunmaz rəqib kimi təqdim edib.

Rumıniya mətbuatı hesab edir ki, “Qarabağ”la yanaşı, “Ferensvaroş”, “Slovan”, “Şerif”, “Astana” və Hayfa “Makkabi”si Hacinin rəqib olmaq istəmədiyi komandalardır:

“Çünki bu klubların kifayət qədər böyük avrokubok təcrübəsi var. Turnirdə daha irəli getməyə ümid etmək üçün belə nəhənglərdən yan keçmək vacibdir”.

“Farul” ilk dəfə 2016-17 mövsümündə “Vitorul” adı altında qızıl medalları qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı