Braziliyalı “Qarabağ”da - “Sumqayıt”dan “Sumqayıt”a kimi...

23 May 2023 22:40 Qarabağ 1 203
Braziliyalı “Qarabağ”da - “Sumqayıt”dan “Sumqayıt”a kimi...

Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda “Qarabağ”ın heyətində 60-cı qolunu vurub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, braziliyaəsilli yarımmüdafiəçi Premyer Liqanın XXXV turunda fərqlənib.

O, “Sumqayıt”la ev görüşündə (1:2) rəqib qapısına yol tapıb. Almeyda Ağdam klubunun heyətində Azərbaycan çempionatında 47, avrokuboklarda 8, ölkə kubokunda 5 qola imza atıb.

Oyunçu “Qarabağ”ın heyətində 2012/13 mövsümündə debüt edib. O, ilk qolu da “Sumqayıt”ın qapısından keçirib. Yarımmüdafiəçi 2012-ci il avqustun 12-də səfərdəki qarşılaşmada (6:1) fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı