Şenol Günəş: "Qurban Qurbanov kimi məşqçilərin sayını artırmaq lazımdır"

23 May 2023 16:20 Qarabağ 787
Şenol Günəş: "Qurban Qurbanov kimi məşqçilərin sayını artırmaq lazımdır"

"Hər gün yeniliyə ehtiyac var".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Beşiktaş"ı çalışdıran Şenol Günəşə məxsusdur.

Tanınmış türkiyəli sükançı bildirib ki, hazırda "Qarabağ"a başçılıq edən Qurban Qurbanov kimi təlimçi və rəqabətcil mütəxəssislərin sayını artırmaq lazımdır:

"Bundan sonra əcnəbi məşqçilərin də futbola xeyri dəyə bilər. Biz nəyisə görürük və dərhal düşünürük ki, bunu edə bilərik.

Bu, elə də asan məsələ deyil. 50 ildir bu işin içindəyəm, hələ də özümü tam məşqçi hesab etmirəm.

Futbola marağı artırmaq üçün rəqabət lazımdır.

Bizdə “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor” arasındakı rəqabətin türk futbolunun nəbzini tutduğunu düşünürəm. Amma bəzən bu matçlar davaya çevrilir. Bu isə tamamilə başqa mövzudur".

Digər Xəbərlər
Xəbər Lenti