"Qarabağ" – Öncə "Neftçi", bu dəfə isə…

23 May 2023 13:20 Qarabağ 2 594
"Qarabağ" – Öncə "Neftçi", bu dəfə isə…

“Qarabağ”ın 36 oyunluq seriyası qırılıb.

Sportinfo.az xəbər verir ki, bu "köhlən atlar"ın XXXV turda evdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzması sayəsində gerçəkləşib.

Komanda 2022/2023 mövsümündə ilk ev məğlubiyyətini alıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda öz meydanındakı 17-ci matçda xalsız qalıb. Əvvəlki 16 görüşdə ağdamlılar 12 qələbə qazanıb və 4 heç-heçə edib.

2021/2022 mövsümünün 14 ev qarşılaşmasında da uduzmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il fevralın 13-də ev məğlubiyyəti alıb.

Həmin gün “Neftçi”yə 1:2 hesabı ilə yenilən bölgə təmsilçisi ardıcıl 36 ev qarşılaşmasından xalla ayrılmağı bacarıb.

Öz meydanında 828 gündən sonra yenilən Ağdam klubu bu müddətdə 29 qələbə qazanıb, 7 heç-heçə edib. Evdəki 36 oyunluq məğlubiyyətsizlik seriyası “Qarabağ”ın tarixində rekorddur.

Azərbaycan çempionatları tarixinin rekordu “Neftçi”yə məxsusdur. Bakılılar ardıcıl 57 ev matçında uduzmayıb.

Digər Xəbərlər
Xəbər Lenti