"Qarabağ"ın yeni parlayan ulduzuna indi nə olub?

23 May 2023 19:40 Qarabağ 5 233
"Qarabağ"ın yeni parlayan ulduzuna indi nə olub?

Bu mövsüm Premyer Liqanın parlayan simallarından biri də birmənalı olaraq Musa Qurbanlıdır.

"Qarabağ"ın forvardı arxada qalan 35 turda rəqib qapılarından 20 qol keçirməyi bacarıb.

Düzdür, onun komanda yoldaşı Ramil Şeydayevin adında daha çox qol var - 22. Amma nəzərə alaq ki, Ramil qollarından yarısını onbir metrlik zərbədən sonra vurub. Musa isə bütün qollarını oyun epizodundan rəqib qapılarından keçirib.

22 yaşlı hücumçunun performansı təkc ölkəmizdə yox, hətta xaricində də diqqət cəlb etmiş oldu.

Belə ki, istedadlı futbolçunun adı qış fasiləsində İtaliya "Torino"su, Avstriya "Zalsburq"u kimi komandalarla birgə hallanmağa başladı.

Sevindiri məqamdır ki, yerli futbolçumuza belə sanballı klublar maraq göstərir. Təki alınsın. Bu, gələcəyin işidir. Ümid edirik ki, sonda bizi sevindirən proseslər yaşanar.

Amma bu gün gedən söz-söhbətlər Qurbanlıya yalnız mənfi təsir edir.

Hər halda statistika belə düşünməyə əsas verir.

Sezonun gedişində bəzən ardıcıl bir neçə oyunda qol vuran bombardir indi "qara zolaq" yaşayır.

O, son 7 görüşdə rəqib qapısından 1 qol belə keçirə bilməyib.

Maraq üçün bildirək ki, mövsümün gedişində bu oxşar hal yalnız bir dəfə - ikinci dövrədə yaşanıb. Onda cəmi 4 oyunluq "quru seriya".

Ümid edək ki, son turda Qurbanlı uğursuz seriyaya son qoya biləcək. Hər halda yaxşı keçirdiyi mövsümü major notda başa vursa yaxşıdır. Bu, qapıda duran "elçilər"i də tərəddüddə qoymaz.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"